Azərbaycanda demoqrafiya sahəsində Dövlət Proqramı hazırlanır
02 sentyabr, 2013 13:29
“Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsi hazırlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ERtv-yə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, nazirlik tərəfindən aidiyyəti qurumların və yerli icra hakimiyyətlərinin təklifləri əsasında layihənin hazırlanması işləri aparılır.
Dövlət proqramı Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndində nəzərdə tutulan tədbirlər silsiləsi çərçivəsində həyata keçiriləcək.