Təhsil Nazirliyi növbəti dəfə qiyabi təhsilin ləğvi məsələsinə aydınlıq gətirib. Gün.Az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən təhsil alma formalarından biri də qiyabi təhsil
02 sentyabr, 2013 13:28
Təhsil Nazirliyi növbəti dəfə qiyabi təhsilin ləğvi məsələsinə aydınlıq gətirib.
ERtv Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən təhsil alma formalarından biri də qiyabi təhsil alma formasıdır və onun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb.
Distant təhsilin tətbiqi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsil alma formalarından biri də distant təhsildir.
“Lakin tədrisin distant formada təşkilinin mexanizmi yaradılmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib”.