İordaniya ABŞ-a rədd cavabı verdi
02 sentyabr, 2013 13:25
İordaniya Suriyaya mümkün zərbənin endirilməsi üçün ABŞ-ın onun ərazisindən istifadə etməsi təklifinə rədd cavabı verib.
ERtv “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İordaniya Krallığının baş naziri bəyan edib.
“İordaniya Krallığının baş naziri yenicə bəyan edib ki, Suriyaya hücum etmək üçün öz ərazilərindən əməliyyat meydanı kimi istifadəyə imkan verməyəcək. Bundan əlavə, İordaniya ABŞ ordusu üçün hətta öz səmasını da bağlayır”, - deyə məlumatda bildirilir.
Bunadək isə İordaniyanın informasiya naziri Muhamməd Mani ölkəsindən Suriyaya zərbə endirilməsinə qarşı çıxış edib.