Yeddi ayda ölkəyə 13 milyon dollardan çox yardım gətirilib
02 sentyabr, 2013 13:24
Yanvar-iyul ayları ərzində Azərbaycana 13 mln. 396 min dollar həcmində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal edilib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədən ixrac edilən yardım isə 67,71 min dollar təşkil edib.
Ümumiyyətlə, yanvar-iyul ayları ərzində Azərbaycanın cəmi ticarət dövriyyəsinin həcmi 20 mlrd. 45 mln. 689 min dollar olub. Bunun da 13 mlrd. 863 mln. 936 min dollarını ölkədən ixrac təşkil edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı