Xəbərlər

Corc Fridman: “Avropaya müqəddəs kimi baxmaqdan əl çəkmək lazımdır”
02 sentyabr, 2013 13:21

Azərbaycan dünyada mühüm bir ölkəyə çevrilib. Xüsusən də enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir.

ERtv xəbər verir ki, bu barədə “Starfor” analitik mərkəzinin rəhbəri Corc FridmanStrateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı forumunda çıxışı zamanı deyib.

“Azərbaycan sənayenin inkişafına xüsusi diqqət yetirir və müasir texnologiyalar tətbiq edir. Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafı aydın təzahür edir”.

O vurğulayıb ki, ABŞ Azərbaycanın ən yaxşı müttəfiqidir:

“Azərbaycan və ABŞ-ın birgə maraqları var. Bir sıra məsələlərdə çətinliklər olsa da hər il maraqların daha da yaxınlaşdığının şahidi oluruq. Artıq bu iki ölkə arasında münasibətlər dönüş nöqtəsinə çatıb. Bu səbəbdən də Azərbaycan tərəf ABŞ-dan səslənən bəzi fikirlərə dözümlülük nümayiş etdirməlidir, çünki ABŞ-dan həm Azərbaycanın xeyrinə, həm də əksinə fikirlər səslənə bilər”.

Fridman bildirib ki, dünya dəyişir, lakin Azərbaycanın maraqları dəyişmir:

“Bu milli maraqlar isə Azərbaycanın regionda və dünyada stabil inkişaf etməsi, həmçinin fövqəldövlətlərdən asılı olmamasından ibarətdir. Bu da məhz Heydər Əliyevin vaxtında uzaqgörən siyasətin nəticəsində əldə olunub”.

O həmçinin qeyd edib ki, Azərbaycanın vahid Avropaya daxil olması mümkün deyil, çünki Avropanın özündə vahidlik qalmayıb:

“Kim fikirləşir ki, əvvəlki Avropaya qayıdılacaq, bu xəyaldan başqa bir şey deyil. Avropa qalacaq, ancaq millətlər qitəsinə çevriləcək. Avropanın çökməsi isə Rusiyaya revanş imkanı yaradır.

Bu o demək deyil ki, Rusiya güclüdür, sadəcə ətrafı zəifdir. Bu səbəbdən Rusiyaya şeytan kimi, Avropaya isə müqəddəs kimi baxmaqdan əl çəkmək lazımdır”.

C.Fridman vurğulayıb ki, ABŞ-ın regionda maraqları var və onun mövcudluğunu yaxın gələcəkdə görəcəyik:

“Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı zəruridir. Bunun üçün Azərbaycanın imkanları və dostları var”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.