Xəbərlər

Baku United tarix yazdı
01 sentyabr, 2013 22:12

Böyük Britaniyada fəaliyyət göstərən Odlar Yurdu təşkilatının təsis etdiyi Baku United futzal klubu avqustun 31-də Polşada UEFA Futzal Kubokunun təsnifat mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda sonuncu oyununu keçirmişdir.

ERtv xəbər verir ki, Bakılıların rəqibi meydan sahibləri Visla klubu olmuşdur.

Hər iki komanda birinci oyunlarında qalib gəlmişdir, bununla əlaqədar bu oyunun qalibi birbaşa UEFA Kubokunun əsas mərhələsinə çıxacaqdı.

Qeyd etmək lazımdır ki, oyundan öncə Vislanın məşqçilər korpusu və oyunçuları Polşa mətbuatına oyunla bağlı bir sıra kəskin və iddialı bəyanatlar vermişlər. Oyunun keçirildiyi arena isə Visla Krakov futbol klubunun çılğın fanatları tərəfindən doldurulmuşdur. Gərgin şəraitə baxmayaraq, Azərbaycan paytaxtının adının daşıyan İngiltərə çempionu rəqibi 7-0 hesabı ilə darmadağın etmişdir.

Oyunun əsas qəhrəmanları isə hərəyə 2 qol vuran Marcelo və Arnaldo olmuşlar. 1-ci hissə olduqca gəgrin mübarizə şəraitində keçmişdir. Komandalar açıq futbol göstərsələr də, 1-ci hissədə yalnız bir qol vurulmuşdur, onu da Vislanın qapısından Baku Unitedin veteran oyunçusu Marcelo keçirmişdir. Lakin 2-ci hissədə polşalılar Baku Unitedin təklif etdiyi oyun tempinə uyğunlaşa bilməmişlər və bakılılar rəqib qapısından daha 6 cavabsız top keçirərək 0-7 hesabı ilə qələbə qazanmışlar.

Beləliklə, Baku United İngiltərənin futzal tarixində ilk dəfə olaraq UEFA Futzal Kubokunun əsas mərhələsinə çıxmışdır. Bununla əlaqədar İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi Baku Unitedin prezidenti və Odlar Yurdunun sədri İlham Nağıyevi təbrik etmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.