Şamaxıda avtomobil uçuruma düşdü
01 sentyabr, 2013 22:10
Şamaxı rayonunda "Mitsubishi" markalı avtomobil uçuruma düşüb.
ERtv Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Məlumata görə, zərərçəkənlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşların və yerli sakinlərin vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Faktla əlaqədar Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.