Xəbərlər

Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq
01 sentyabr, 2013 22:07

Azərbaycan və Polşa hökumətləri iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

ERtv Trend-ə istinadən xəbər verir ki, danışıqlar oktyabrın sonu-noyabrın əvvəlində Bakıda keçiriləcək İqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın altıncı iclasının gedişi zamanı aparılacaq.

İclas çərçivəsində hər iki ölkədən iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də planlaşdırılır.

Ötən il keçirilən Azərbaycan-Polşa biznes forumunda əməkdaşlıq üçün perspektivli sahələr kimi tikinti, energetika, bank sektoru və s. sahələr göstərilib.

Hökumətlərarası komissiyanın həmsədri, energetika və sənaye naziri Natiq Əliyev tərəfindən qeyd olunduğu kimi, Polşa azad iqtisadi zonaların yaradılması, elmi-texniki, təhsil, nəqliyyat sahələrində böyük potensiala malikdir.

Nazir bildirib: "Azərbaycan və Polşa arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Dünyada davam edən maliyyə böhranına baxmayaraq, bu gün onlar yeni mərhələyə çıxıblar. İki ölkə arasında əməkdaşlıq üçün yaxşı mexanizmlər var və Azərbaycan hökuməti onun inkişafı üçün istənilən təkliflərə baxmağa hazırdır".

Əliyev bildirib: "Azərbaycan bu gün böyük neft və qaz emalı zavodunun tikintisi layihəsi üzərində işləyir və hökumət Polşa şirkətlərini bu layihədə görmək istəyərdi".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.