Xəbərlər

Ohayo ştatından konqresmen Maykl Terner Hyustondakı Azərbaycan Mərkəzində olub
01 sentyabr, 2013 22:05

Ohayo ştatından olan konqresmen Maykl Terner Hyustondakı Azərbaycan Mərkəzində olmuşdur.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, şəhərin azərbaycanlı icması və Azərbaycandan olan dostları ilə görüşündə konqresmen ABŞ ilə ölkəmiz arasında ikitərəfli münasibətlərə dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmışdır.

Enerji təhlükəsizliyi, ABŞ-ın enerji resursları istehsal edən müttəfiqləri ilə qarşılıqlı münasibətlərinin və ticarət əlaqələrinin yaxşılaşdırılması məsələlərində Birləşmiş Ştatların fəallığının tərəfdarı və Konqresdə “Cənub dəhlizi layihəsi”nin həyata keçirilməsi vasitəsilə Avropadakı müttəfiqlərin enerji təhlükəsizliyini möhkəmləndirməyə çağıran qətnamənin müəllifi kimi M.Terner Transadriatik qaz kəməri layihəsini və onun həyata keçirilməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın sanballı köməyi məsələsini müzakirə etmişdir. Qanunverici orqanın təmsilçisi qeyd etmişdir ki, ABŞ hökuməti bu sahədə Azərbaycana daha çox diqqət yetirməlidir.

Konqresmen Azərbaycan Mərkəzinin işi ilə tanış olmuş və qardaşlaşmış şəhərlər layihəsini, xüsusən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyətini, son 37 ildə onun iki neft şəhəri, ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına çox böyük kömək göstərməsini yüksək qiymətləndirmişdir. M.Terner bildirmişdir ki, ABŞ-dakı Azərbaycan diasporu genişlənir.

O, bütövlükdə Amerika-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında ABŞ Azərbaycanlıları Şəbəkəsinin və Azərbaycan icması üzvlərinin rolunu xüsusi qeyd etmişdir.

Maykl Terner Ohayo ştatının 10 seçki dairəsini təmsil edir, ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin Taktik Aviasiya və Quru Qoşunları yardımçı komitəsinin sədri, ABŞ-ın Nəzarət və Hökumət İslahatları Komitəsinin böyük üzvüdür. 2003-2012-ci illərdə o, ştatın 3-cü dairəsini təmsil etmiş, 1994-cü ildən 2004-cü ilədək Bosniya və Herseqovinada müharibəyə son qoymuş 1995-ci ilin Deyton sazişinin bağlandığı Deyton şəhərinin (Ohayo ştatı) meri olmuşdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.