Bu gün Azərbaycan dövlətinin apardığı təbliğat və qurduğu informasiya mexanizmi sürətlə erməni mifini dağıtmaqdadır.
Bu sözləri ERtv-yə Belçika Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin “BELKAD” başqanı Abbas Uçar Azərbaycanın Ermənistana qarşı apardığı informasiya mübarizəsində oynadığı rolu şərh edərkən deyib.
“Əvvəllər Azərbaycanla bağlı informasiyalar məhdud idi və insanlar Azərbaycan haqda geniş məlumatlara malik deyildilər.
Hazırda isə başqa prosesləri müşahidə etməkdəyik. Onu da əlavə edək ki, bu gün dünya ictimaiyyəti Ermənistanın işğalçı dövlət olaraq qəbul edir və beynəlxalq təşkilatlar bununla bağlı bəyanatlar verirlər.
Üstəlik, Avropa mediasında kifayyət qədər Azərbaycanla bağlı yazılar gedir. Xüsusilə də, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi faktı yazılan məqalələrdə öz əksini tapır və işğalçı Ermənistanın iç üzü ortaya çıxır. Bu çox önəmli məsələdir”,-deyə A.Uçar qeyd edib.
Təşkilat sədri yerli medianın ölkənin siyasi-ictimai və mədəni kuluarlarına böyük təsiri olduğunu söyləyib.
“Daima yerli media ilə işləmək və ölkəmizlə bağlı məsələlərin işıqlandırılması əsas prioritet xətt təşkil etməlidir”.