Bakıda ticarət mərkəzlərinin birinin anbarında yanğın olub
31 avqust, 2013 10:03
Bakıda ticarət mərkəzlərinin birində yanğın baş verib.
ERtv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin ərazisində ümumi sahəsi 60 kv.m olan anbarda baş verib.
Nəticədə anbarın icərisində kağız tullantıları 10 kv.m sahədə yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.