Əfqanıstanda terror aktı törədildi
31 avqust, 2013 09:53
Əfqanıstanın Qəndahar əyalətində partlayış baş verib.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, terrorçu-kamikadzenin avtomobildə özünü partlatması nəticəsində azı 5 nəfər ölüb.
25 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Terror ktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin partlayışın "Taliban"la əlaqəli olan qruplaşmanın üzvləri tərəfindən törədildiyi ehtimal edilir.