Yanvar-iyul ayları ərzində Azərbaycan İtaliyaya ixrac 3 mlrd. 407 mln. 738 min dollar təşkil edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da cəmi ixracın 24,58 %-i deməkdir.
Bildirək ki, bu müddətdə İtaliya ilə cəmi ticarət dövriyyəsinin həcmi 3 mlrd. 548 mln. 209 min dollar olub.
Daha sonra Azərbaycanın daha çox mal ixrac etdiyi ölkələr arasında 1 mlrd. 613 mln. 853 min dollarla İndoneziya, 1 mlrd. 225 mln. 682 min dollarla Tailand, 830 mln. 294 min dollarla Almaniya, 684 mln. 32 min dollarla Rusiya, 630 mln. 299 min dollarla Hindistan, 589 mln. 241 min dolalrla Fransa, 584 mln. 536 min dollarla İsrail, 467 mln. 306 min dolarla Tayvan, 422 mln. 992 min dollarla ABŞ sıralanıb.
Ümumiyyətlə, yanvar-iyul ayları ərzində Azərbaycanın cəmi ticarət dövriyyəsinin həcmi 20 mlrd. 45 mln. 689 min dollar təşkil edib. Bunun da 13 mlrd. 863 mln. 936 min dolları ölkədən ixrac olub.