Xəbərlər

Şəkidə prezident seçkilərinə ciddi hazırlıq gedir
31 avqust, 2013 08:46

Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələri dairə seçki komissiyalarının tərkibinə daxil olan seçki məntəqələrində oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.

ERtv-nin bölgə müxbiri sözügedən DSK-lara istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim-planı”na uyğun olaraq işlər davam etdirilir.

Seçkilər 113 saylı Şəki seçki dairəsi üzrə 27, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 40, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 42 seçki məntəqəsində keçiriləcək. Hər üç dairə üzrə seçicilərin ümumi sayı 108 min 93 nəfərdir. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi davam etdirilir.

Seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılıb, binalar və xidməti otaqlar təmir edilib, seçki məntəqələri zəruri texniki avadanlıqla təchiz olunub. Məntəqələrin ərazisində seçkiqabağı təşviqat, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılıb. Bütün məntəqələr rabitə şəbəkəsi ilə təmin olunub.
      
Səsvermənin gedişini izləmək üçün 113 saylı seçki dairəsində 15, 114 saylı seçki dairəsində 5, 115 saylı seçki dairəsində isə 7 məntəqədə veb-kameraların quraşdırılması nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.