Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
ERtv xəbər verir ki, iclasda Rauf Zakir oğlu Quliyev, Hidayət Əşrəf oğlu Rüstəmbəyli, Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
Qeyd edək ki, R.Quliyev və H.Rüstəmbəylinin namizədlikləri özləri tərəfindən, S.Cəlaloğlunun namizədliyi isə Demokrat Partiyası tərəfindən irəli sürülüb.
Bundan başqa MSK Cəmil Həsənli, Sərdar Cəlaloğlu, Rauf Quliyevin səlahiyətli nümayəndələrini də təsdiqləyib.
İclasda həmçinin bildirilib ki, namizədliyi təsdiqlənən şəxslərdən indiyə qədər yalnız Ümid partiyasının sədri İqbal Ağazadə lazımi sayda imzaları toplayıb MSK-a təhvil verib.
Xatırladaq ki, bundan əvvəl namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən, hazırki dövlət başçısı İlham Əliyev qarşıdan gələn seçkilərdə namizəd kimi MSK-da qeydə alınıb.
Azərbaycanda Prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.