Xəbərlər

“Mançester Yunayted” azərbaycanlı yeniyetmə futbolçulardan ən istedadlısını seçdi
30 avqust, 2013 21:58

Bu gün “Bakcell”-in ofisində “Mançester”-in seçim turlarında iştirak edən azərbaycanlı yeniyetmə futbolçularla (4 oğlan və 1 qızla) görüş keçirilib.

ERtv-nin verdiyi xəbərə görə, “Mançester”in seleksiyaçıları bu altılıqda ən istedadlı futbolçu kimi Tamerlan Rizvanovu təsdiq edib.

“Mançester Yunayted”in gənclər komandasına düşmək üçün onun şansları yüksəkdir.

Qeyd edək ki, seçmələr çox ciddi şəkildə həyata keçirilib. 1000-dən artıq yeniyetmə futbolçu iştirak edib. Onlardan 32 nəfəri “Mançester Yunayted”-in Bakıda keçiriləcək yay məktəbində iştirak üçün seçilib. Bundan sonra AFFA tərəfində seçilən 6 idmançı “Maçester”ə məşqlər üçün gedib. Tamerlan onlar içərisində xüsusi istedadı ilə seçilib və oktyabr ayında olacaq yekun seçmə turda iştirak edəcək.

Tamerlan “Qəbələ” klubunun yetirməsidir. “Qəbələ” Futbol Akademiyasında təhsil alır.

“Biz inanırıq ki, Tamerlan həlledici mərhələni də keçib Azərbaycanı tanıdacaq. Təbii olaraq, onun Azərbaycan yığması tərkibində çıxış etməyi arzumuzdur ” - deyə futbolçunun atası Elşən Rizvanov fikrini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.