Azərbaycanda partlayış olub: xəsarət alan var
30 avqust, 2013 21:52
Gəncədə yaşayış evində partlayış olub.
ERtv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, avqustun 29-da saat 14:45 radələrində Gəncə şəhəri N.Rəfibəyli küçəsində yaşayan Tofiq Ələsgərova məxsus birmərtəbəli 4 otaqlı evdə təbii qazın sızmasından ani partlayış baş verib.
Hadisə nəticəsində 12 kv.m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Bundan başqa yanıq xəsarəti almış T.Ələsgərov xəstəxanaya yerləşdirilib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı