350 nəfəri qətlə yetirən cani həbs olundu
30 avqust, 2013 21:49
Meksika hakimiyyəti bu gün ölkədə ən təhlükəli cinayətkarlar siyahısına daxil olan “Sinaloa” narkokartelinin üzvlərindən biri Mario Nunesin həbsi barədə məlumat yayıb.
ERtv İTAR TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Eduardo Sançesin sözlərinə görə, Nunes qərb ştatı Duranqo ərazisində 350 nəfərin qətlində iştirakda ittiham olunur.
Kriminal dairələrdə “M-10” ləqəbi ilə məşhur olan Nunes Meksikanın şimalında yerləşən Syudad-Xuares şəhərində aparılan əməliyyat zamanı ələ keçib. İstintaqın məlumatına görə, Nunes Sinaloa kartelinin silahlı qollarından birinin yaradıcısıdır.