Sentyabrın 2-də Xorvatiyanın Dubrovniki şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası keçiriləcək.
ERtv AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda, qurumun payız sessiyasının (30 sentyabr-4 oktyabr) gündəliyi ətrafında müzakirələr aparılacaq.
Bundan başqa, oktyabrın 9-da Azərbaycanda, 27-də isə Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələləri müzakirə olunacaq.
AŞPA-nın mətbuat xidmətindən Gün.Az-a bildiriblər ki, qurum Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bakıya 32 nəfərdən ibarət nümayəndə heyəti göndərəcək.
Müşahidə missiyası 7-10 oktyabr tarixlərində Bakıda olacaq. Bundan əlavə, 7 nəfərlik seçkiöncəsi missiya sentyabrın 10-dan 13-ə kimi Azərbaycanda olacaq və seçkiqabağı vəziyyətin monitorinqini aparacaqlar.
Missiya üzvləri sentyabrın 13-də mətbuat konfransı keçirməyi planlaşdırır.
AŞPA missiyanın müşahidələrinin nəticəsi olaraq yekun hesabat qəbul edəcək.
Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 9-da keçiriləcək.