Fənərbaxça klubunun Avropa kuboklarından kənarlaşdırılmasından sonra, UEFA-nın qəbul etdiyi qərar Ağdamın “Qarabağ” klubuna, Almaniyanın “Ayntraxt” komandasına uduzacağı təqdirdə belə Avroliqanın qrup mərhələsinə düşməsinə şans yaradıb.
ERtv xəbər verir ki, qərara əsasən, Avroliqanın təsnifat oyunlarının son mərhələsində məğlub olacaq 30 klub arasında, qrupa düşməyə şans verən 1 yer uğrunda püşk atılacaq.
“Qarabağ” klubu bu gün məğlub olacağı təqdirdə belə, həmin püşkatmada iştirak edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının son təsnifat mərhələsində Arselana məğlub olan İstanbulun Fənərbaxça klubu Avroliqanın qrup mərhələsində oynamalı idi.
Lakin UEFA danışılmış oyunlarda iştiraka görə Fənərbaxçanı Avropa Kuboklarından kənarlaşdırıb.