Şahmar Ələkbərovun 70 illik yubileyi keçiriləcək
29 avqust, 2013 19:59
Görkəmli kinoaktyor və kinorejissor Şahmar Ələkbərovun 70 illik yubileyi keçiriləcək.
ERtv xəbər verir ki, yubiley tədbiri avqustun 30-da Dövlət Film Fondunda baş tutacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək. Quruluş verdiyi, həmçinin çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.