Xəbərlər

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 95 illiyi Sloveniyada qeyd ediləcək
29 avqust, 2013 19:55

Müdafiə naziri Səfər Əbiyev Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb.

O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib.

Öz növbəsində Sloveniyanın müdafiə naziri R.Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.

Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.

Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. R.Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.