Təcavüzə uğrayan 19 yaşlı qızın əqli cəhətdən qüsurlu olduğu məlum olub.
ERtv-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Bingöl rayonunda baş verib. Naməlum şəxslər qıza təcavüz edəndən sonra, onun anası Türkiyənin “Habertürk” qəzetinə bəzi məqamları açıqlayıb.
62 yaşlı Rindiye Ç.-nin dedikləri hamını dəhşətə gətirib: “Qonşular mənə deyirlər ki, ayıbınızı təmizləyin və qızınızı öldürün. Onlar bizə təzyiq edirlər”.
Yayla kəndində yaşayan B.Ç. atasını 18 il bundan əvvəl itirib. 20 iyun tarixində qarnındakı ağrılarla həkimə müraciət edən qızın 5,5 aylıq hamilə olduğu məlum olub. Məhkəmə qızı qoruma altına alıb və hadisə ilə bağlı araşdırmalara başlanıb. Araşdırma 22 gün ərzində başa çatıb və belə məlum olub ki, əqli cəhətdən qüsurlu qız ona təcavüz edən naməlum şəxslərdən şikayətçi deyil.
Buna görə də, məhkəmə işi təqib etməyi dayandırıb. Daha sonra qızın böyük qardaşı məsələyə etiraz edib və istintaq yenidən başlanıb. Belə məlum olub ki, kənd sakinləri B.Ç.-nin anasına təzyiqlərə başlayıblar, qızın öldürülməsini, ləkənin təmizlənməsini məsləhət görüblər.
Qızın anası bunları bildirib: “Qızımın hamilə olduğunu biləndə şok keçirdim. O, atasız böyüyüb. Ondan başqa digər övladım da əqli qüsurludur. Biz heç kimi narahat etmədən yaşamışıq. Mənim yetim qızımdan nə istədilər? Kim ona təcavüz edib, bilmirik. Vicdansızların tapılnasını istəyirəm. İndi kənddə heç kim üzümüzə baxmır, bizi təhqir edirlər. Ayıbınızı təmizləyin, qızı öldürün deyirlər. Amma mən ədalətin bərqərar olacağına inanıram”.