Azərbaycanın Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və ölkəmizin şuraya üzvlüyü təsdiqlənib.
ERtv-nin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, Zambiya və Zimbabvedə keçirilən BMÜTT Baş Assambleyasının 20-ci sessiyası çərçivəsində bu gün Zambiyanın Livinqston şəhərində keçirilmiş növbəti iclas zamanı baş verib.
Qeyd edək ki, Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib.
Ümumilikdə, seçilmiş dörd ölkə üzrə səslər aşağıda göstərildiyi kimi bölüşdürülüb:
1.Azərbaycan - 25 səs
2. Almaniya - 24 səs
3. Serbiya - 20 səs
4. Bolqarıstan - 18 səs
Eyni zamanda, Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakıda keçirilməsinə dair qərar qəbul olunub.
Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistan Respublikasının nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı