Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
ERtv xəbər verir ki, bu barədə MSK sədriMəzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, S.Cəlaloğlunun müraciəti araşdırılaraq, müvafiq qərar qəbul ediləcək.
Bildirək ki, ümumilikdə bu günə qədər 22 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb və onların arasında 18 nəfərin namizədliyi təsdiqlənib.
Bu günə qədər prezidentliyə namizədlikləri təsdiq olunanlar aşağıdakılardır:
İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Qudrət İsaqov, İlyas İsmayılov, İlqar Məmmədov (ReAL hərəkatı), Cəmil Həsənli.
MSK hazırki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən qeydə alıb.
Hazırki dövrə qədər, MSK yalnız bir nəfərin, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb. Buna səbəb R.İbrahimbəyovun ikili vətəndaş olmasıdır.
MSK sədri M. Pənahovun sözlərinə görə, bu günə kimi müşahidə missiyasını həyata keçirmək üçün 356 müraciət daxil olub.
Onlardan 288 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib.