Xəbərlər

ATƏT müşahidəçiləri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmamasına münasibət bildiriblər
29 avqust, 2013 19:47

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyası Mərkəzi Seçki Komissiyasında Milli Şura tərəfindən prezidentliyə namizəd Rüstəm İbrahimbəyovun məsələsi müzakirə olunub.

ERtv xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn müşahidə missiyasının rəhbəri Tana de Zulueta deyib.

Onun sözlərinə görə, R.İbrahimbəyovun namizədliyini MSK-nın qeydə almamasının səbəbi onun ikili vətəndaşlığının olması və başqa ölkə qarşısında öhdəlik daşıması ilə izah ediblər.

O bildirib ki, R.İbrahimbəyovun MSK-nın bu qərarından məhkəməyə müraciət etmək niyyəti barədə məlumatlar var:

“Biz digər məsələlər kimi bunu da diqqətdə saxlayacağıq və prosesi izləyirik”.

Qeyd edək ki, MSK Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığını nəzərə alaraq, onun Azərbaycan qanunlarına uyğun olaraq prezidentliyə namizədliyini qeydə almayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.