Orta əsrlərə aid edilən Şəmkir Qalasında aparılan arxeoloji qazıntı işləri zamanı Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilib.
Bu barədə məlumatı ERtv-yə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, Tarix Dostuyev verib.
Onun sözlərinə görə arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə aparılır.
Şəmkir ekspedisiyasının rəhbəri Tarix Dostuyevin sözlərinə görə, rayonunun Muxtariyyə kəndinin şimalında yerləşən Şəmkir şəhərininsahəsi 60 hektar, şəhristan hissəsi isə 28 hektardır.
Məlumata görə qazıntı sahəsinnin birində 12-ci əsrə aid, eni 3 metr olan möhtəşəm pilləkən, və 10-cu əsrə aid olan kürə aşkarlanıb. Zərgərlik, dulusçuluq ilə bağlı da maddi mədəniyyət qalıqları üzə çıxıb. Erkən əsirlərə aid olan şəhər İpək yolu üzərində yerləşib və şəhər Monqol yürüşlərinə kimi inkşaf dövrünü yaşasa da sonradan işğal olunaraq tamamilə dağıdılıb və həmin dövrdən şəhərdə həyat dayanıb. Sonralar 13-cü əsrdə şəhəri yenidən bərpa etmək istəsələrdə bu mümkün olmayıb. Şəhərin Narın qala hissəsindən son dəfə rus işğalı zamanı hərbi məqsədlə rus hərbiçiləri istifadə ediblər.