Bağdad göyə sovruldu: 51 ölü, 150 yaralı
28 avqust, 2013 21:32
Bağdadın şiələr yaşayan rayonlarında ard-arda törədilən silsilə partlayışlar nəticəsində ən azı 51 nəfər dünyasını dəyişib.
ERtv Assosiated Press-ə istinadən xəbər verir ki, bu barədə İraq məmurları məlumat yayıblar.
Həkimlər ölənlərin sayını təsdiqləyiblər. 150-dən artın insan yaralanıb. Partlayışlar Bağdadın təqribən on rayonunda baş verib.