Azərbaycan 145 milyon dollar məbləğdə əczaçılıq məhsulları idxal edib
28 avqust, 2013 21:21
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan xarici ölkələrdən 145 mln. 306 min dollar məbləğində əczaçılıq məhsulları idxal edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeddi ayda idxal olunan əczaçılıq məhsullarının həcmi ötən ilin eyni dövründəkindən 12% artıq olub.
Hesabat dövründə idxal olunan əczaçılıq məhsullarının məbləği ümumi idxalın cəmi 2%-ni təşkil edib.
Bu dövrdə tütün və tütün məmulatlarının idxalında da artım qeydə alınıb. Bu məhsullar üzrə idxal 189 mln. 247 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 11% çoxdur.
Tütün məmulatlarının idxalı ümumi idxalın 3 %-i qədər olub.