Demokrat Partiyasının (ADP) sədri prezident seçkilərində iştirak niyyətini rəsmiləşdirib.
ERtv APA-ya istinadən xəbər verir ki, ADP Ali Məclisinin avqustun 28-də keçirilmiş iclasında S.Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib.
Ali Məclis ADP İdarə Heyətinin partiyanın prezident seçkilərində iştirakı, təşkilatın sədri S.Cəlaloğlunun namizədliyinin irəli sürülməsi təklifini müsbət dəyərləndirib.
İclasda Təşəbbüs Qrupu və Seçki Qərargahının formalaşdırılmasına, S.Cəlaloğlunun namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına dair də qərarlar verilib.
Bundan başqa, S.Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib.
S.Cəlaloğlu APA-ya açıqlamasında namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq sənədlərin günün ikinci yarısında MSK-ya təqdim ediləcəyini bildirib.