AFFA verdiyi qərara şərh etdi.
AFFA-nın İnformasiya və ictimaiyyətlə ələqələr departamentinin baş mütəxəssisi Firuz AbdullaNizam-İntizam Komitəsinin (NİK) “Xəzər-Lənkəran” – “Neftçi” matçı ilə bağlı verdiyi qərarı ERtv-yə şərh edib.
O qeyd edib ki, bu iki komanda arasında keçirilən ev oyunlarına qonaq komandanın azarkeşlərinin aparılmamasası qərarı yalnız bu mövsümə aid olacaq. Gələn mövsüm isə qərar avtomatik olaraq qüvvədən düşəcək:
“Bu qərar əsasnaməyə daxil deyil. İntizam qərarı olduğu üçün daimi qüvvədə qalmır. Əgər bu kimi problemlər növbəti mövsümdə yenə olsa bənzər qərarlar verilə bilər” – deyə, baş mütəxəssis söyləyib.
“Neftçi” və “Xəzər-Lənkəran” azarkeşlərinin səfər matçına girməsinin qarşısı necə alınacaq? Sualına isə Firuz Abdulla belə cavab verib:
“Tək-tək şəxslərin ev sahibi komandanın adından bilet almasını və onların hansı klubun azarkeşi olduğunu müəyyənləşdirmək çətindir. Əsasən kompakt şəkildə bu baş versə qarşısını almaq olar. Yox əgər mümkün olmasa və stadionda bu hal aşkar edilərsə onda klublara daha ağır cəza veriləcək”.
F.Abdulla sonda bildirib ki, bu qərar Azərbaycan çempionatları tarixində ilk dəfə verilib.
AFFA İntizam Komitəsi “Xəzər-Lənkəran”la “Neftçi” arasında oyunun fasiləsində və oyundan sonra baş vermiş insidentlə əlaqədar 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyub.