Xəbərlər

Futbolçu ağlayaraq oyunu yarımçıq tərk etdi
27 avqust, 2013 21:46

Türkiyə çempionatında azarkeşlər tərəfindən fitlənən futbolçu ağlayaraq stadionu tərk edib.

ERtv xəbər verir ki, ötən gün Türkiyə Super Liqasının II tur çərçivəsində keçirilən “Trabzonspor” – “Rizespor” (2:1) qarşılaşmasında xoşagəlməz hadisə baş verib.

Azarkeşlərinin ağır təhqir və söyüşlərinə dözə bilməyən ev sahibi komandanın futbolçusu Volkan Şən 43-cü dəqiqədə ağlaya-ağlaya meydanı tərk edib.

Qeyd edək ki, hər iki komandanın futbolçuları və azarkeşləri oyunçunu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Oyuna davam etməyəcəyini açıqlayan 26 yaşlı yarımmüdafiəçi baş məşqçinin icazəsi olmadan birbaşa paltardəyişmə otağına yollanıb.

Onun yerinə 45-ci dəqiqədə Floran Maluda daxil olub.

Oyundan sonra açıqlama verən klub prezidenti İbrahim Hacıosmanoğlu bundan sonra Volkan Şəni komandada görmək istəmədiyini bildirib:

“Onun etdiyi hərəkəti məhəllə futbolunda edirlər. Bu professional oyunçuya yaraşan hərəkət deyil. Hamı bilir ki, meydanı tərk edən oyunçu ilə eyni yol davam etmərəm. Bu formanın dəyərini hər kəs bilməlidir” - deyə, klub prezidenti söyləyib.

Baş məşqçi Mustafa Akçay isə Volkan Şənin meydanı tərk etməsinə səbəb olan azarkeşi qınayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.