Ukraynanın yay paytaxtında – məşhur Yalta kurort şəhərində məşhur müğənni, musiqiçi Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert təşkil olunub.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov verib.
O özü də konsert proqramında iştirak edib.
Beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi, məşhur şou-biznes ulduzlarının çıxış etdiyi Çexov adına teatrın səhnəsində əfsanəvi Azərbaycan ifaçısının repertuarından mahnılar səslənib, aparıcı çıxışların arasında Müslüm Maqomayevin həyat yolundan maraqlı faktları açıqlayıb. Səhnədə nadir müğənninin iri portreti asılıb.
Mahnılar müasir müğənnilər - Ruisya Dövlət Akademik Böyük Teatrının solistləri Yuri Zaltsman və Sergey Pluysninin və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.
Konsertin təşkilatçısı olan “Dünya istedadları” (Talantı mira) fondunun fikrincə, bu konsert böyük artistin və ifaçının istedadına verilən qiymətdir.