Təhsil naziri Mikayıl Cabbarov bu gün Şəkidə Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından gəlmiş vətəndaşlarla görüşüb.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, görüşdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapı, digər müraciətlərin isə araşdırılaraq müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, qəbulda vətəndaşlar əsasən işə qəbul, təhsil haqqı, iş yerinin dəyişdirilməsi, həvəsləndirmə tədbirləri, fakültənin dəyişdirilməsi, yeni məktəb binalarının tikintisi, xaricdə təhsil almaq, dərs saatlarının artırılması, diplomların tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
M. Cabbarov onu da bildirib ki, müraciətlər sırasında nazirliyin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakterli məsələlərlə bağlı məsələlər də olub. Belə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.