Abşeron yarımadasında istismara verilən “Şimal” Elektrik Stansiyasında ilin yeddi ayında 1 milyard 125.3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
ERtv-nin “Azərenerji” ASC-yə istinadən verdiyi məlumata görə, yeddi ayda istehsal olunan enerjinin 186,6 milyon kilovat-saatı iyul ayının payına düşüb.
Xatırladaq ki, “Şimal” ES-in inkişaf proqramı bu gün də davam etdirilir. Artıq Yaponiyanın “Toyo Engineering” şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə başlanıb.
21 sentyabr 2011-ci il tarixində Prezident İlham Əliyev “Şimal” ES-də ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub.
Hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.
İkinci enerji blokunun inşası ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri, yarımstansiyaların tikinti işləri də aparılır.