Alternativ və bərpa olunan enerji üzrə ixtisaslaşmış “Alternative Energy” adlı jurnalın ilk nömrəsi çap olunub.
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan ERtv-yə verilən məlumata görə, jurnalda Avropa İttifaqının ətraf mühit üzrə komissarı Yanez Potoçnikın, Aİ-nın iqlimi məsələləri üzrə komissarı Konni Xedeqordun, Qazaxıstanın Baş nazirinin müavini – sənaye və yeni texnologiyaları naziri Aset İsekeşevin, Ümumdünya külək enerjisi şuranın baş katibi Stiv Soyerın müsahibələri dərc edilib.
Alternative Energy Jurnalı Alternative Energy International Media Group MMC tərəfindən dərc edilir.
Jurnalın birinci buraxılışı Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) və Caspian Energy International Media Group dəstəyi ilə dərc edilib.
Həmçinin yaxın zamanlarda alternativ və bərpa olunan enerji mənbələri sahəsində hadisələri işıqlandıran internet-portalı fəaliyyətə başlayacaq - www.altrenergy.com