Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios Tsounqası qəbul edib.
ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir Dimitrios Tsounqası ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və Azərbaycan-Yunanıstan arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib.
Nazir yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edən diplomat, ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Səfir, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.