Sergey Kiryakov: “Azərbaycan asan komanda deyil”
26 avqust, 2013 22:29
Rusiyanın yeniyetmələr arasında futbol komandasının baş məşqçisi Sergey Kiryakov sona çatan Litva turniri ilə bağlı şərh verib.
ERtv-nin verdiyi xəbərə görə, müsahibə zamanı Azərbaycan komandasının da çıxışına toxunan məşqçi bildirib ki, Rusiya yığmasının turnirdə qələbəsi vacib idi.
Latviya ilə qarşılaşmada hücum taktikasında bir sıra dəyişikliklər edilib. İndi ən böyük problem qol vəziyyətlərinin reallaşdırılması ilə bağlıdır. Bunun üzərində ciddi iş gedir. Yarışda Avropa Çempionatının gələn oyunundakı rəqibimiz Azərbaycan komandasının oyununu da izlədik. III yer uğrunda mübarizədə Litvaya qalib gələn Azərbaycan yığması heç də asan komanda deyil. Komanda oyunçularından 3-4 nəfərə xüsusi diqqət yetirmək lazım olacaq.