Alim Qasımov Fransa və Türkiyədə konsert verəcək
26 avqust, 2013 22:25
Xalq artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək.
ERtv xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.
Xalq artisti sentyabrın 15-də Fransada, 25-də isə Türkiyədə konsert proqramı ilə çıxış edəcək. Xarici səfərlərdə onunla birgə səhnəyə qızı, əməkdar artist Fərqanə Qasımova da çıxacaq.
Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər.