Gəncədə fəhlə bədbəxt hadisənin qurbanı olub
26 avqust, 2013 22:20
Gəncədə fəhlə iş başında dünyasını dəyişib.
Bu barədə məlumatı ERtv-yə Gəncə şəhər Prokurorluğundan veriblər.
Məlumata görə, Goranboy rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Aşurov işlədiyi “Azəralüminium” ASC-nin Gəncə şəhər Alüminium Gil-Torpaq Zavodunda bədbəxt hadisənin qurbanı olub.
Məlumata görə, M.Aşurov müəssisənin damını rəngləyərkən hündürlükdən yıxılıb və dünyasını dəyişib.