Myanmada müsəlmanlar və buddistlər arasında qarşıdurma olub
26 avqust, 2013 22:19
Myanmanın şimal-qərbində yerləşən Sikayn vilayətində müsəlman və buddistlər arasında baş verən qarşıdurma zamanı onlarla yaşayış evi, mağaza yandırılıb.
ERtv Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müsəlmanlarla buddistlər arasındakı qarşıdurmada insanlar arasında zərərçəkən olmayıb.
Bunun səbəbi yerli polis bölmələrinin vaxtında cavab tədbirləri görməsi və vəziyyəti nəzarət altına alması olub.
Qeyd edək ki, mart ayının ortalarında da, Myanmanın şimalında müsəlmanlarla buddistlər arasında toqquşma baş vermişdir. Nəticədə 44 nəfər ölmüş, 90 nəfər yaralanmışdır.