Xəbərlər

İlin əvvəlindən Şəkiyə 20 min turist gəlib
26 avqust, 2013 22:14

Bu ilin əvvəlindən indiyə kimi Şəkinin təkcə “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisini 20 min nəfərdən çox turist ziyarət edib.

İlin sonuna kimi bu rəqəmin iki dəfə artması ehtimal olunur.

Rayon Mədəniyyət və Turizm Şöbəsindən ERtv-yə bildirilib ki, Şəkiyə turist axınının ilbəil çoxalmasının səbəblərindən biri şəhərin özünəməxsusluğunun qorunub saxlanması, tarix-mədəniyyət abidələrinin bərpası və digər infrastrukturun yaradılmasıdır.

İdarədən verilən məlumata əsasən, yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisidir. Belə ki, özünəməxsus özəllikləri olan bu qoruğun ərazisində dövlət qeydiyyatından keçmiş 25 tarixi abidə var. Lakin araşdırmalar nəticəsində bu ərazidə 200-dən artıq abidənin, yaşayış mülkləri və kiçik emalatxanaların olduğu aşkarlanıb.

Burada təbiət abidələri ilə insanların yaratdığı abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Belə ki, xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı suyu”ndan indi də istifadə olunur. Eyni zamanda Şəki həm də muzeylər şəhəridir. Rayonda 9 muzey fəaliyyət göstərir. Yay mövsümündə bütün muzeylər fasiləsiz iş rejimində işləyir. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi də turistləri daim özünə cəlb edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.