Şəkidə yunan-roma birinciliyi keçirilib
25 avqust, 2013 20:45
Şəki Olimpiya İdman Kompleksində Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə birincilik keçirilib.
Şəhər Gənclər və İdman İdarəsindən ERtv-nin bölgə müxbirinə verilən məlumata əsasən, birincilikdə 70 dən çox idmançı qüvvəsini sınayıb.
Yarışlara əsasən 1995-2004-cü il təvəllüdlü və 26-85 kq çəki dərəcələrində olan idmançılar qatılıb. Gərgin idman mübarizəsi şəraitində keçən birincilik üç gün davam edib. Təşkilatçıların bildirdiyinə görə, yarışın keçirilməsində əsas məqsəd idmançıları oktyabrda təşkil olunacaq Respubilka birinciliyinə hazırlamaqdır.
Birinciliyin qalibləri Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.