Yaponiya hökuməti Şəkidə peşə məktəbini təmir edib
25 avqust, 2013 20:40
Şəkidə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri” layihəsi başa çatıb.
Bu barədə ERtv-yə Şəki Şəhər İcra hakimiyyətindən məlumat verilib. Bildirilir ki, qrant müqaviləsi layihəsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2013-cü il fevralın 2-də imzalanıb. Layihənin əsas məqsədi Şəki peşə məktəbində oxuyacaq tələbələrin təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə Şəkidən və 8 qonşu rayondan olan tələblər təhsil alacaqlar. Layihənin ümumi məbləği 122513 ABŞ dolları təşkil edir.
Hazırkı layihə də daxil olmaqla indiyədək Şəkidə 13 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı