Xəbərlər

“Azərbaycan – Çin əlaqələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
25 avqust, 2013 20:32

Avqustun 26-da Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutu tərəfindən “Azərbaycan – Çin əlaqələri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) AzərTAc-a bildirmişlər ki, konfransda ölkəmizi qurumun nümayəndə heyəti təmsil edəcəkdir. Nümayəndə heyətinə SAM-ın direktoru Fərhad Məmmədov, xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və media xidmətinin rəhbəri Mehriban Həsənova daxildirlər.

Konfransda SAM tərəfindən Çin dilində nəşr edilmiş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri (2003-2013)” adlı kitabın təqdimatı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, SAM-ın nümayəndə heyəti bu ilin yanvarında Çin Xalq Respublikasına səfər etmişdir. Səfər çərçivəsində azərbaycanlı mütəxəssislər Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırma İnstitutunda və bu ölkənin Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olmuş, strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşmüşlər.

Görüşlərdə Azərbaycan və Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmış, dərin tarixi köklərə söykənən əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində potensial imkanlar müzakirə edilmişdir.
Səfər çərçivəsində, həmçinin SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.