ERtv İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda Çinin “Sinxua” agentliyi məlumat verib.
Təbii fəlakətdən ən çox əyalətin şərq rayonları ziyan çəkib. Meteoroloqların məlumatına görə, son günlər həmin bölgəyə 281,6 mm yağıntı düşüb. Tufan 150-yə yaxın binanı və 13350 hektar sahəni yararsız hala salıb. Tufan nəticəsində çaylardakı suyun səviyyəsi kritik səviyyəyə qalxıb.
Bununla yanaşı Yunnyan (Cənub-Qərbi Çin), Quansi-Cjuan Muxtar Vilayəti, həmçinin şərq əyalətləri Tzyansu və Anxoyda güclü leysan olacağı proqnozlaşdırılıb. Çin Xalq Respublikası Dövlət Meteorologiya İdarəsinin proqnozlarına görə bəzi rayonlarda bazar gününə qədər 300 mm yağıntı düşə bilər.
Cümə günü Çinin Mülki İşlər Nazirliyinin yaydığı məlumatına görə, Çinin şərq əyaləti olan Futziyan və Çjetzyanda 1.4 milyon insan tufandan zərər çəkib.