Bağdadda partlayış: 25 ölü
24 avqust, 2013 21:17
Ötən gecə Bağdadın şimalında yerləşən kafedə terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı 25 nəfər həlak olub.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, terrorçu parkın yaxınlığında yerləşən kafeyə daxil olaraq özünü partladıb. Hadisə nəticəsində 54 nəfərə yaxın yaralanan var.
Son zamanlar İraqda tez- tez müşahidə olunan toqquşmalara bölgədəki islam məzhəbləri nümayəndələri – sünni və şiələr arasındakı qarşıdurma səbəb olub.
Səddam Hüseynin hakimiyyəti zamanı sünnilər İraqın dövlət strukturlarında aparıcı mövqe tuturdu. Lakin Amerikanın müdaxiləsi nəticəsində S.Hüseyn devrildikdən sonra sünnilərin sıxışdırılması ilə həmin mövqelərdə şiələr qərarlaşıb.