Xəbərlər

İlqar Məmmədovun namizədliyinin təsdiq edilməsi təxirə salınıb
24 avqust, 2013 21:13

İlqar Məmmədovun prezidentliyə öz təşəbbüsü ilə namizədliyinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

ERtv xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, İlqar Məmmədovun təqdim etdiyi sənədlərdə müəyyən pozuntular və səhflər olub, sənədlər tələb olunan qaydada tərtib edilməyib:

"Qeyd olunanlarla əlaqədar düzəlişlərin edilməsi üçün sənədlər geriyə qaytarılıb. Müəllif tərəfindən dəyişikliklər edilib, lakin sənədlərdə olan pozuntular, o cümlədən İlqar Məmmədovun şəxsiyyət vəsiqəsinin sürəti təqdim olunmaması, məlumatların dəqiq olmaması yenə də qalır "

MSK sədrinin müavini Natiq Məmmədov isə iclasda bildirib ki, istintaq təcridxanasında saxlanmasına baxmayaraq MSK onun vəziyyətini başa düşərək İlqar Məmmədova sənədləri ilə bağlı sorğular göndərilib.

MSK sədri Məzahir Pənahov deyib ki, indiki şəraitdə onun namizədliyini təsdiq etməyə əsas yoxdur, çünki MSK tərəfindən göndərilən sorğulara cavab verilməyib.  

İclasda qərar qəbul olunub ki, sorğulara cavab gələnə qədər namizədliyin təsdiq olunması təxirə salınıb.
MSK sədri Məzahir Pənahov həmçinin iclasda bildirib ki, daha iki nəfərin - Cəmil Həsənli və Yeni islahatçılar təşəbbüs qrupundan Ağaevli Əli İsa Hacı oğlunun sənədləri təsdiq olunmaq üçün MSK-ya təqdim olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.