Qubalı idmançılar Avropa çempionatında fərqlənib
23 avqust, 2013 22:29
Quba Uşaq-Gənclər İdman Məktəbinin takevondoçuları Avropa çempionatının gümüş və bürünc medallarını qazanıb.
Bu barədə ERtv-nin bölgə müxbirinə Quba UGİM-nin direktoru Elşən Vəlibəyov məlumat verib.
E.Vəlibəyov bildirib ki, Ruminiyada keçirilən yeniyetmələrin Avropa çempionatında Azərbaycan yığma komandasının tərkibində Quba UGİM-nin iki idmançısı təmsil olunub.
Yarışın ilk günündə Ümid Məmmədov birinciliyin gümüş, Sevda Pirseyidova isə bürünc medalını qazanıb.
Direktor onu da əlavə edib ki, bu Quba UGİM-nin taekvondo bölməsi tarixində bir ilkdir. Qubada isə bir qızın əlbəyaxa döyüş növlərində ən böyük uğurudur.