Xəbərlər

Azərbaycanlı müğənni folklor festivalında Şuşanı təmsil edib
23 avqust, 2013 22:25

Zarina Məmmədova Macarıstanda keçirilən folklor festivalında Azərbaycanı təmsil edib.

O, ERtv-yə açıqlamasında Şuşa Rayonunun İcra Hakimiyyətinin dəstəyi ilə Macarıstanın Döndöş şəhərinə yollanan Azərbaycanın nümayəndə heyəti arasında olduğunu deyib.

Bildirib ki, onunla bərabər tədbirə gənc ifaçı Günay İmamverdiyeva və Şuşa məktəbinin şagirdlər qatılıb.

“Hər bir ölkənin festival çərçivəsində sərbəst çıxış günü var idi. Bizim çıxış günümüz sakinlərin ürəyincə oldu. Çoxlu sayda qonaqlarla yanaşı Macarıstandakı səfirimiz Vilayət Quliyev və bizimlə festivala yollanan Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da bizi böyük maraqla izlədilər”.

Folklor festivalı çərçivəsində Zarina “Heyratı”, “Səmayi-Şəms” zərb muğamları, “Şuşanın dağları”, “Qarabağ”, “Sarı gəlin”, “Yaşa Azərbaycan” və digər xalq mahnıları səsləndirib.

10 gün davam edən festival çərçivəsində Azərbaycanla yanaşı Gürcüstan, Braziliya, Çin, Ukrayna, Serbiya, Fransa və digər ölkələr öz musiqi və rəqslərini nümayiş etdiriblər.

Nümayəndə heyəti Azərbaycana dönəndən sonra isə Şuşa Rayon İcra Hakimiyyəti hər bir iştirakçını diplomla tərtib edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.